satellite   Azerspace-1: 11135 H 30000

Bakıda Azərbaycan Din Xadimlərinin II Forumu keçiriləcək

Bakıda Azərbaycan Din Xadimlərinin II Forumu keçiriləcək

Dekabrın 24-də Bakıda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Din Xadimlərinin II Forumu keçiriləcək. Forum dünyəvilik və vicdan azadlığı kimi təməl konstitusion dəyərlərin təbliği, din xadimlərinin hüquq və vəzifələri, peşəkar inkişafı, dövlət-din münasibətlərinin hüquqi və mədəni aspektləri, eləcə də ölkədə multikultural və tolerant mühitin daha da möhkəmləndirilməsi məqsədilə təşkil olunur. Forum “Azərbaycanda dövlət-din münasibətlərinin konstitusion prinsipləri: dünyəvilik və vicdan azadlığı” mövzusuna həsr ediləcək.

NTV xəbər verir ki, forumda müvafiq dövlət qurumlarının nümayəndələri, dini təhsil müəssisələrinin müəllimləri, ilahiyyatçı alim və mütəxəssislərlə yanaşı, Türkiyə və Özbəkistanın dini sahədə səlahiyyətli dövlət qurumlarının rəhbər şəxsləri iştirak edəcəklər.

Forum çərçivəsində “Multikultural dəyərlər sistemi: dövlət-din münasibətlərinin hüquqi və mədəni aspektləri”, “Rəqəmsal informasiya mühitində dini təhsil və maarifçilik strategiyaları”, “Qlobal təsirlər fonunda gənclərin maarifləndirilməsi: müasir metod və innovativ yanaşmalar” və “Qadınların sosial və mənəvi inkişafında dini icmaların rolu” mövzularında panel müzakirələri təşkil olunacaq.

Bununla yanaşı, tədbir iştirakçılarının Fəxri xiyabanı, Zəfər abidəsini və Heydər Əliyev Mərkəzini ziyarət etmələri, Azərbaycan İlahiyyat İnstitutunda görüş keçirmələri, “Heydər” məscidində vəhdət namazında iştirakları, həmçinin Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralı və Dağ yəhudiləri sinaqoqunun fəaliyyəti ilə tanış olmaları nəzərdə tutulur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM