satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Komissiyanın iclası keçirilib - FOTOLAR

Naxçıvanda su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Komissiyanın iclası keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Komissiyanın iclası keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Komissiyanın iclası keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Komissiyanın iclası keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Komissiyanın iclası keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Komissiyanın iclası keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Komissiyanın iclası keçirilib<font color=red> - FOTOLAR</font>

NTV xəbər verir ki, dekabrın 19-da Naxçıvanda “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2020-ci il tarixli Sərəncamı ilə yaradılmış Komissiyanın üzvlərinin iştirakı ilə iclas keçirilib.

Komissiyanın sədri, Azərbaycan Respublikası baş nazirinin müavini Şahin Mustafayev Prezident İlham Əliyevin Naxçıvanın inkişafına xüsusi diqqət göstərdiyini vurğulayaraq qeyd edib ki, muxtar respublikaya böyük investisiyalar yönəldilir, o cümlədən su təchizatı sahəsində məqsədyönlü tədbirlər görülür. Ölkə başçısının tapşırığına uyğun olaraq muxtar respublika əhalisinin su təminatının yaxşılaşdırılması qarşıya mühüm vəzifə kimi qoyulub. 

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın prioritet istiqamətləri sırasında əhalinin içməli və suvarma suyu ilə təminatının təkmilləşdirilməsi tədbirlərinin də öz əksini tapdığını vurğulayıb. Qeyd edib ki, komissiya üzvlərinin iştirakı ilə aparılacaq müzakirələr bu istiqamətdə problemlərin daha əhatəli həllini tapmasına şərait yaradacaq.

Görüşdə muxtar respublikada su təminatı və suvarma sistemlərinin fəaliyyəti qiymətləndirilib, su ehtiyatlarından səmərəli və dayanıqlı istifadənin təmin olunması ilə bağlı aktual məsələlər müzakirə edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM