satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda Amnistiya aktının icrasına başlanılıb

Naxçıvanda Amnistiya aktının icrasına başlanılıb

Azərbaycan Prezidenti İlham Əliyevin amnistiya elan olunması təşəbbüsü əsasında dekabrın 19-da Milli Məclis tərəfindən qəbul edilən Amnistiya aktının Naxçıvanda icrasına başlanılıb.

NTV xəbər verir ki, Amnistiya aktının icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətinin qarışıq rejimli cəzaçəkmə müəssisində həyata keçirilir.

Qeyd edək ki, Naxçıvanda amnistiya aktı 128 məhkuma şamil edilib. Ümumi olaraq, 57 nəfər azadlığa buraxılacaq. Bu gün amnistiya aktı icrasında 15 nəfər azadlığa buraxılır ki, onlardan 6 nəfəri əcnəbi vətəndaşdır. Bunlardan 2-si Türkiyə, 2-i İran, 2-si isə Türkmənistan vətəndaşıdır.

Azadlığa buraxılan məhkumlardan biri qadındır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM