satellite   Azerspace-1: 11135 H 30000

Daxili işlər naziri gənclərin sırasından seçim edib - FOTOLAR

Daxili işlər naziri gənclərin sırasından seçim edib<font color=red> - FOTOLAR</font> Daxili işlər naziri gənclərin sırasından seçim edib<font color=red> - FOTOLAR</font> Daxili işlər naziri gənclərin sırasından seçim edib<font color=red> - FOTOLAR</font>

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov dekabrın 22-də respublikanın şəhər, rayon polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

Bakı şəhərində keçirilən sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 120 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb və onlardan13-ü Vətən müharibəsi iştirakçısıdır.

Nazirliyin mətbuat xidmətindən NTV-yə verilən məlumata görə, gənclərin qarşısında çıxış edən nazir seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.

Qeyd edək ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən 2025-ci il ərzində respublikanın şəhər və rayonlarında ümumilikdə 21 sıra baxışı keçirilib.

Xidmətə qəbul üçün Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət edərək sıra baxışlarında iştirak etmiş gənclərdən 4 min 392 nəfər seçim turunun növbəti mərhələlərinə buraxılıb və onlardan da 435-i Vətən müharibəsi iştirakçısıdır.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM