satellite   Azerspace-1: 11135 H 30000

Sabah Babək və Culfa rayonlarının bir sıra kəndlərində işıq olmayacaq

Sabah Babək və Culfa rayonlarının bir sıra kəndlərində işıq olmayacaq

Sabah Naxçıvan Muxtar Respublikasının Babək və Culfa rayonlarının bir sıra kəndlərində işıq olmayacaq.

NTV-nin məlumatına görə, Azərenerji ASC-nin sifarişi əsasında aparılacaq texniki işlərlə əlaqədar Nehrəm 35/10 kV və Culfa 132/110/35/10 kV yarımstansiyalarından qidalanan bəzi yaşayış məntəqələri və obyektlərdə elektrik enerjisinin verilişində müvəqqəti fasilə olacaq.

Fasilə Güznüt, Çeşməbasar, Əbrəqunus, Qızılca, Ərəzin, Camaldın, Bənəniyar, Saltaq, Göydərə, Əlincə, Xanəgah, Xoşkesin, Gal, Şurut, Ərəfsə, Ləkətağ, Milax, Qazançı, Teyvaz, Boyəhməd, Kırna, Dizə kəndlərini əhatə edəcək.

Elektrik enerjisinin verilişi işlər başa çatdıqdan sonra bərpa olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM