Naxçıvan Muxtar Respublikasında (MR) 2900 ailəyə birdəfəlik maddi yardım göstəriləcək.
Bu barədə NTV-yə Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, Prezident İlham Əliyevin "Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında" 22 dekabr 2025-ci il tarixli Sərəncamı muxtar respublika üzrə hazırda ünvanlı sosial yardımla təmin olunan təqribən 2900 ailəni (12 840 ailə üzvü) əhatə edəcək.
Birdəfəlik maddi yardım ünvanlı sosial yardım alan ailələrin hesablarına köçürüləcək.
