satellite   Azerspace-1: 11135 H 30000

Himayədar ailələrə verilən uşaqların sayı 60-a çatıb

Himayədar ailələrə verilən uşaqların sayı 60-a çatıb

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən ötən dövrdə himayədar ailələrə verilən uşaqların sayı 60-a çatıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən NTV-yə verilən məlumata görə, onlardan 36-sı qız, 24-ü oğlandır. Həmçinin 28 nəfəri 6 yaşadək olan, 26 nəfəri 7-13 yaş arası, 6 nəfəri 14-18 yaş arası uşaqlardır.

Uşaqlardan 31-i hazırda Bakı şəhərindəki, 29-u rayonlardakı ( Ağcabədidə 1, Biləsuvarda 1, Cəlilabadda 1, Gəncədə 3, Göyçayda 1, Göygöldə 3, Xaçmazda 2, Lənkəranda 4, Şamaxıda 1, Şəkidə 1, Şəmkirdə 4, Zaqatalada 1, Astarada 1, Zərdabda 1, Oğuzda 3, İmişlidə 1 ailə) himayədar ailələrdə yaşayırlar.

Qanunvericiliyə uyğun olaraq nazirliklə uşaqları himayəyə götürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb.

“Himayədar ailə” qayğı modeli uşaqlara qayğının dünyada geniş yayılmış nümunələrindən biridir. Valideyn himayəsindən məhrum olmuş uşaqların himayədar ailələrə verilməsi onların dövlət nəzarəti altında ailə mühitində böyüməsi və inkişafına xidmət edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM