satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanda son beş ildə uşaqlara ən çox qoyulan adlar məlum olub

Azərbaycanda son beş ildə uşaqlara ən çox qoyulan adlar məlum olub

2025-ci ildə Azərbaycanda yeni doğulan uşaqlara qoyulan adların statistikası açıqlanıb.

Ədliyyə Nazirliyindən NTV-yə  verilən məlumata görə, 2025-ci ildə doğulan oğlan uşaqlarına ən çox Uğur adı qoyulub. Bu ad 1721 uşağa verilib. Oğlan adlarında sonrakı yerləri Raul (1301), Hüseyn (1164), Əli (1151), Yusif (1100), Miran (855), Ömər (784), Ayxan (737), Tunar (693) və Murad (677) tutur.

Ötən il qız uşaqlarına ən çox Melisa adı verilib (1200). Qız uşaqlarına ən çox qoyulan digər adlar Zeynəb (1129), Məryəm (1127), Nilay (1112), Aylin (1095), Zəhra (1066), Ayla (1053), İnci (950), Alisa (946) və Fatimədir (803).

Son beş ildə də oğlan və qız uşaqlarına ən çox müvafiq olaraq Uğur və Zəhra adları verilib. Bu müddətdə 7 min 387 uşağa Uğur, 5 min 772 qız uşağına Zəhra adı qoyulub. Sonrakı yerlərdə oğlanlarda Əli (6 min 125), Hüseyn (5 min 807) və Yusif (5 min 487) qərarlaşıb. Uşaqlara verilən adların siyahısında ilk onluqda qızlarda Məryəm (5 min 277), Zeynəb (5 min 253), Aylin (5 min 87), Nilay (4 min 698) yer alır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM