satellite   Azerspace-1: 11135 H 30000

Böyük Britaniyanın Baş naziri Aİ ilə münasibətlərin gücləndirilməsini istəyir

Böyük Britaniyanın Baş naziri Aİ ilə münasibətlərin gücləndirilməsini istəyir

Böyük Britaniyanın Baş naziri Endi Börnhem Avropa İttifaqı (Aİ) ilə daha sıx münasibətlərin qurulmasından imtina etməyin hökumətin öz vəzifələrini yerinə yetirməməsi anlamına gələcəyini düşünür.

NTV BBC-yə istinadla xəbər verir ki, Baş nazir bu gün parlamentin İcmalar Palatasında çıxışı zamanı Böyük Britaniyanın Aİ-dən ayrılmasının (Brexit) ölkəyə faydadan çox zərər gətirdiyini etiraf etməyin vaxtı çatdığını vurğulayacaq. Börnhem mövcud vəziyyətin Böyük Britaniya üçün qənaətbəxş olmadığını bildirərək, Brüssellə yeni razılaşmanın əldə edilməsinin iqtisadi artıma təkan verəcəyini və qanunsuz miqrasiya ilə mübarizəyə kömək edə biləcəyini qeyd edəcək.

Baş nazirin sözlərinə görə, Aİ ilə ölkənin maraqlarına uyğun razılaşma əldə olunarsa, Britaniya ictimaiyyətinin böyük əksəriyyəti hökumətin bu fürsətdən istifadə etməsini gözləyəcək.

Qeyd edək ki, Börnhem ötən ay Leyboristlər Partiyasının konfransında Aİ ilə münasibətlərin daha da yaxınlaşdırılması imkanlarını araşdıracağını vəd edib. O, BBC-yə müsahibəsində Leyboristlər Partiyasının gələcək seçki proqramına Böyük Britaniyanın Aİ-yə üzvlüyü ilə bağlı yeni referendumun keçirilməsi vədinin daxil edilməsinin mümkün olduğunu da bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM