satellite   Azerspace-1: 11135 H 30000

Aİ Rusiyaya qarşı ən geniş sanksiya paketini qəbul etdi: 1569 şəxs və qurum hədəfdədir

Aİ Rusiyaya qarşı ən geniş sanksiya paketini qəbul etdi: 1569 şəxs və qurum hədəfdədir

Avropa İttifaqı (Aİ) Rusiyanın hərbi-sənaye kompleksinə qarşı əlavə məhdudlaşdırıcı tədbirlər qəbul edib. Yeni sanksiyalar 826 şirkəti və 743 rəhbər şəxsi əhatə edir.

NTV xəbər verir ki, Aİ Şurasının məlumatına görə, bu, 2022-ci ildən bəri qəbul edilən ən geniş sanksiya siyahısıdır.

Yeni tədbirlər Rusiyanın hərbi sənayesi üçün vacib komponentlər tədarük edən şirkətləri hədəfə alır. Siyahıya raketlər, pilotsuz uçuş aparatları və hərbi təyyarələrin istehsalında istifadə olunan elektronika, mikroçiplər, rabitə avadanlıqları, naviqasiya sistemləri, partlayıcı maddələr və döyüş sursatları istehsal edən müəssisələr daxildir.

Aİ-nin məlumatına əsasən, sanksiyalara məruz qalan şirkətlərin illik dövriyyəsi ümumilikdə azı 20 milyard avro təşkil edir və bu müəssisələrdə 250 mindən çox insan çalışır.

Məhdudiyyətlər çərçivəsində siyahıya daxil edilən şəxslərin və qurumların aktivləri dondurulur. Onlara birbaşa və ya dolayı yolla maliyyə və iqtisadi resursların təqdim edilməsi qadağan olunur. Siyahıdakı fiziki şəxslər üçün isə Aİ-yə səfər qadağası tətbiq edilir.

Kaja Kallas: Təzyiqi azaltmağın vaxtı deyil

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas bildirib ki, yeni sanksiyaların yarıdan çoxu Rusiyanın Ukraynanın mülki əhalisinə qarşı istifadə etdiyi ballistik raketlərin istehsal zəncirini hədəfə alır.

Kallas Avropa sanksiyalarının Rusiyanı müharibənin maliyyələşdirilməsində istifadə edə biləcəyi bir trilyon avrodan məhrum etdiyini də iddia edib. Onun sözlərinə görə, Rusiyanın “kölgə donanması”na qarşı tədbirlər də Moskvanın hərbi xərcləri maliyyələşdirməsini çətinləşdirir.

Aİ Şurasının məlumatına görə, yeni qərarla Ukraynanın ərazi bütövlüyü ilə bağlı sanksiya rejimi çərçivəsində siyahıya alınan şəxslərin və qurumların ümumi sayı təxminən 4600-ə çatıb.

Rusiya tərəfi isə hələlik yeni sanksiyalarla bağlı açıqlama verməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM