satellite   Azerspace-1: 11135 H 30000

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

Böyük Britaniyanın maliyyə naziri Con Hili ilk büdcə layihəsini təqdim etməyə hazırlaşarkən 35 milyard funt sterlinqə çatan əlavə maliyyə ehtiyacı ilə üzləşə bilər.

NTV “The Telegraph”a istinadla xəbər verir ki, bu, ölkədə vergilərin artırılması ehtimalını gündəmə gətirib. Britaniyanın aparıcı iqtisadi araşdırma mərkəzlərindən olan Fiskal Araşdırmalar İnstitutu (IFS) bu barədə xəbərdarlıq edib.

İnstitutun hesablamalarına əsasən, hökumətin mövcud dövlət xərclərini qoruması, ictimai xidmətlərin maliyyələşdirilməsini davam etdirməsi və müdafiə büdcəsini artırması üçün təxminən 35 milyard funt sterlinq əlavə vəsait tələb oluna bilər.

Ekspertlər bildirirlər ki, sosial müavinətlərə ayrılan vəsait azaldılmayacağı təqdirdə hökumət əhali və müəssisələr üçün vergiləri artırmaq məcburiyyətində qala bilər.

Baş nazir Endi Börnhem ötən ay parlamentin İcmalar Palatasında çıxışı zamanı müdafiə xərclərinin artırılmasının sosial təminat hesabına həyata keçirilməyəcəyini bəyan edib. O vurğulayıb ki, milli təhlükəsizliyin təmin edilməsi sosial müdafiə sisteminin zəiflədilməsi bahasına başa gəlməməlidir.

IFS-in direktoru Helen Miller bildirib ki, hökumət qarşıdakı beş il ərzində dövlət xidmətlərinə və sosial müavinətlərə ayrılan vəsaitin azaldılmasından yayınmaq istəyirsə, vergilərin artırılması zərurəti ilə üzləşəcək. Qeyd edək ki, Böyük Britaniyanın yeni büdcəsinin oktyabrın 28-də təqdim olunması nəzərdə tutulur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM