satellite   Azerspace-1: 11135 H 30000

AQTA: Ölkədə quş qripi xəstəliyinə yoluxma halı aşkarlanmayıb - FOTOLAR

AQTA: Ölkədə quş qripi xəstəliyinə yoluxma halı aşkarlanmayıb<font color=red> - FOTOLAR</font> AQTA: Ölkədə quş qripi xəstəliyinə yoluxma halı aşkarlanmayıb<font color=red> - FOTOLAR</font>

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi respublika (Naxçıvan Muxtar Respublikası daxil) ərazisində 2025-ci il noyabrın 17-21-də və dekabrın 8-12-də aidiyyəti qurumların iştirakı ilə keçirilmiş epizootoloji monitorinqlərin nəticələrini açıqlayıb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən  NTV-yə verilən məlumata görə, monitorinqlər dövlət təbiət yasaqlıqlarının, ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə edib. Habelə su anbarları və çaysahili ərazilərdə ümumi müşahidələr aparılmaqla vəhşi quşlara klinik baxış keçirilib, müxtəlif növ vəhşi quşlardan diaqnostik nümunələr götürülüb. Bundan başqa, sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, 34 rayonun (şəhər) ailə təsərrüfatlarında müxtəlif növ ev quşlarından qan və yaxma nümunələri götürülərək müayinələrə cəlb edilib.

Laborator müayinələr və ümumi epizootoloji müşahidələrin təhlili nəticəsində quş qripi xəstəliyinin törədicisinə və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Ev quşlarından götürülmüş diaqnostik nümunələr nyukasl xəstəliyinə görə də müayinə edilib və yoluxmaya şübhəli hal aşkarlanmayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM