İran Yəmən və Səudiyyə Ərəbistanı arasında danışıqların keçirilməsinə yardım göstərməyə hazırdır.
NTV yerli mediaya istinadla xəbər verir ki, bu barədə İran XİN-in bazar ertəsi yaydığı bəyanatda bildirilib.
Bəyanatda, həmçinin vurğulanıb ki, ABŞ-nin İrana qarşı blokadası və iqtisadi müharibəsi davam edəcəyi təqdirdə Hörmüz boğazında təhlükəsizliyin bərpası mümkün olmayacaq.
İran Xarici İşlər Nazirliyi ABŞ-nin Hörmüz boğazının açılması və Tehranın bu boğazdan təzyiq vasitəsi kimi istifadə imkanını itirməsi ilə bağlı iddialarının reallığı əks etdirmədiyini bildirib.
Qeyd olunub ki, ABŞ ilə fikir mübadiləsi vasitəçilər üzərindən davam edir. Tehran bildirib ki, Vaşinqtonun İranın təklifinə verdiyi cavabı nəzərdən keçirir və məsələ ilə bağlı yekun qərara gəldikdən sonra vasitəçiləri məlumatlandıracaq.
İran tərəfi son vaxtlar ABŞ tərəfindən yeni sanksiyaların tətbiq olunduğunu da xatırladaraq, bu məhdudiyyətlərin aradan qaldırılmasının vacibliyini vurğulayıb.
Bəyanatda qeyd edilib ki, Vaşinqtona təqdim olunan təklif anlaşma memorandumu layihəsində əksini tapan öhdəlikləri də əhatə edir.
