satellite   Azerspace-1: 11135 H 30000

Bu il istehlakçılara 157,2 milyon manatadək ƏDV qaytarılıb

Bu il istehlakçılara 157,2 milyon manatadək ƏDV qaytarılıb

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 157 milyon 192,1 min manat əlavə dəyər vergisi (ƏDV) qaytarılıb.

Dövlət Vergi Xidmətindən NTV-yə bildirilib ki, geri qaytarılan məbləğ pərakəndə ticarət və ictimai iaşə obyektlərindən alınan mallara, eləcə də teatr tamaşaları, film nümayişləri, muzey ziyarətləri, simfonik orkestr konsertləri və tibbi xidmətlərə görə ödənilmiş ƏDV-ni əhatə edir. Həmçinin işğaldan azad edilmiş ərazilərdə yerləşən mehmanxanaların gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV də bu məbləğə daxildir.

Layihə çərçivəsində neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatlarının alınmasına görə ödənilmiş ƏDV istisna təşkil edir.

Bundan başqa, yanvar-sentyabr aylarında xarici vətəndaşların Azərbaycanda fərdi istehlak məqsədilə aldıqları mallara görə “Tax Free” sistemi vasitəsilə dövlət büdcəsindən 7 milyon 319,2 min manat ƏDV qaytarılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft ucuzlaşıb

11:21 12.10.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM