satellite   Azerspace-1: 11135 H 30000

Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib

Qış mövsümünə xas olan qeyri-sabit hava şəraiti yol hərəkətində, xüsusilə piyadalar üçün ciddi təhlükələr yaradır. Gün işığının qısa olması, yağıntılar nəticəsində yol örtüyünün sürüşkənliyi və görünmə məsafəsinin azalması piyadaların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin riskini artırır. Statistik göstəricilər bunun nə qədər real olduğunu bir daha təsdiqləyir. Belə ki, ötən gün piyadaların vurulması ilə nəticələnən üç yol-nəqliyyat hadisəsi qeydə alınıb və həmin hadisələrdə üç nəfər həyatını itirib.

NTV  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin piyadalara müraciətində deyilir.

“Aparılan araşdırmalar göstərir ki, bu cür hadisələrin baş verməsində piyadaların hava şəraitini düzgün qiymətləndirməməsi, yolu nəzərdə tutulmayan yerlərdən keçməsi, qəfil şəkildə yolun hərəkət hissəsinə çıxması və piyada keçidlərinə laqeyd yanaşması əsas amillərdən biridir. Bir daha piyadalara müraciət edərək bildiririk ki, yol hərəkəti təhlükəsizliyi hər kəsin şəxsi məsuliyyətidir. Hər bir piyada öz həyatının və sağlamlığının qorunmasına ciddi yanaşmalı, yol hərəkəti qaydalarına əməl etməli və xüsusilə əlverişsiz hava şəraitində daha diqqətli və ehtiyatlı davranmalıdır. Unutmayaq ki, yolda atılan hər bir yanlış addım ağır nəticələrə səbəb ola bilər, qaydalara əməl etmək isə həyatın qorunmasının əsas şərtidir”, - deyə müraciətdə bildirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM