satellite   Azerspace-1: 11135 H 30000

Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb

Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb

Cəlilabadda qardaşı uşaqlarını baltalayan rayon sakini Əli Nağıyev həbsdə ölüb.

NTV-nin məlumatına görə, o, saxlanıldığı təcridxanada vəfat edib. Ölüm faktının harada baş verdiyi və səbəbi barədə məlumat verilmir.

Qeyd edək ki, hadisə fevralın 1-də Cəlilabad rayonunda baş verib. Rayon sakinləri, yetkinlik yaşına çatmamış D.V (şərti) və C.V-nin (şərti) müxtəlif dərəcəli bədən xəsarətlərilə xəstəxanaya daxil olması, sonuncunun almış olduğu xəsarətlər nəticəsində xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı cinayətin 1977-ci il təvəllüdlü Ə.Nağıyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd etmə) maddələrilə cinayət işi başlanıb, Ə.Nağıyev prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM