satellite   Azerspace-1: 11135 H 30000

Polis hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejimində xidmət aparır

Polis hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejimində xidmət aparır

Davam edən qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparırlar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən NTV-yə  bildirilib ki, mövcud hava şəraiti ilə bağlı vətəndaşların təhlükəsizliyinin təmini məqsədilə polis naryadları küçə və prospektlər boyu xidmətə cəlb ediliblər.

Nəqliyyatın hərəkəti Yol Patrul, Post Patrul Xidməti və digər əməkdaşlar tərəfindən tənzimlənir, sürücü və piyadalarla profilaktik iş aparılır. Ehtiyacı olan vətəndaşlara kömək göstərilir, onların mənzil başına təhlükəsiz çatmaları təmin edilir.

Küçə və prospektlərdə polisin müşayəti ilə təhlükəsizlik tədbirləri davam edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM