satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan gömrükçüləri narkotik vasitənin "göyərti" yükündə ölkəyə keçirilməsinin qarşısını alıb - FOTOLAR

Azərbaycan gömrükçüləri narkotik vasitənin "göyərti" yükündə ölkəyə keçirilməsinin qarşısını alıb<font color=red> - FOTOLAR</font> Azərbaycan gömrükçüləri narkotik vasitənin "göyərti" yükündə ölkəyə keçirilməsinin qarşısını alıb<font color=red> - FOTOLAR</font> Azərbaycan gömrükçüləri narkotik vasitənin "göyərti" yükündə ölkəyə keçirilməsinin qarşısını alıb<font color=red> - FOTOLAR</font> Azərbaycan gömrükçüləri narkotik vasitənin "göyərti" yükündə ölkəyə keçirilməsinin qarşısını alıb<font color=red> - FOTOLAR</font>

Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində növbəti dəfə xüsusilə külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

NTV bu barədə komitəyə istinadən xəbər verir.

Məlumata görə, narkotik vasitə "Cənub-Astara" gömrük postunda ölkə ərazisindən tranzit keçməklə İrandan Rusiyaya "göyərti" yükü aparan nəqliyyat vasitəsində aşkarlanıb. Stasionar rentgen qurğusunda aparılan baxış zamanı şübhəli cizgilər müşahidə edildiyindən yük avtomobilinə kinoloji xidmət itinin tətbiqi ilə əsaslı gömrük yoxlaması həyata keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusunda yerləşdirilən gömrük nəzarətindən gizlədilən, qablaşdırılmaları ilə birlikdə ümumi çəkisi 51 kiloqram 941 qram xüsusilə külli miqdarda narkotik vasitə - marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM