satellite   Azerspace-1: 11135 H 30000

DİN-dən müraciət: İnsan alverinin qurbanına çevrilməmək üçün diqqətli ol

DİN-dən müraciət: İnsan alverinin qurbanına çevrilməmək üçün diqqətli ol

Yüksək maaş, sərfəli şərtlər, sürətli sənədləşmə prosesi… İlk baxışdan bu təkliflər cəlbedici görünsə də, araşdırmalar onu göstərir ki, son dövrlər sosial şəbəkələrdə xaricdə iş və təhsil adı altında saxta elanlara rast gəlinir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən NTV-yə bildirilib ki, saxta elanlara inanaraq xarici ölkələrə səfərə çıxan bəzi vətəndaşların sənədləri əllərindən alınır, onlar məcburi əməyə, cinsi istismara məruz qalır və nəticədə insan alverinin qurbanına çevrilirlər. Bəs bu kimi hallardan qorunmaq üçün nə etməliyik?

1. Xaricdə yüksək məvacibli iş və təhsillə bağlı onlayn təklif aldıqda DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin “152“ qaynar xəttinə müraciət edərək konfidensiallıq təmin edilməklə ödənişsiz məsləhət ala;

2. Getmək istədiyiniz ölkədə akkreditasiya olunmuş Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya Konsulluğu ilə əlaqə saxlayıb, elanın həqiqiliyini dəqiqləşdirə;

3. İş və təhsil təklif edən şirkətin, eləcə də fiziki şəxsin xüsusi icazəsini, yəni lisenziyasını tələb edə;

4. Bağlanacaq əmək müqaviləsinin surətini istəyə bilərsiniz.

Nazirlik qeyd edib ki, ehtiyat tədbirləri bununla da bitmir. “Ölkə hüdudlarını tərk etdikdən sonra da diqqətli olmalı, şəxsiyyətinizi təsdiq edən sənədləri heç kimə etibar etməməlisiniz. Əmək fəaliyyəti ilə məşğul olarkən əmək müqaviləsi bağlamalı, sizə qarşı edilən istənilən qanunazidd əməl barədə dərhal yerli polis orqanına, eləcə də həmin ölkədə fəaliyyət göstərən diplomatik nümayəndəliyimizə və ya Konsulluğa müraciət etməlisiniz. İnsan alveri haqqında məlumatlı ol, qurbana çevrilmə!”, - deyə DİN-in məlumatında vurğulanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM