satellite   Azerspace-1: 11135 H 30000

Nazir müavini: Fərdi hesabında 50 min manat olan şəxsin pensiya kapitalı 2800 manat artacaq

Nazir müavini: Fərdi hesabında 50 min manat olan şəxsin pensiya kapitalı 2800 manat artacaq

Fərdi hesabında 50 min manat olan şəxsin pensiya kapitalı 2800 manat artacaq.

NTV xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev fevralın 10-da keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, bu da pensiya kapitalının təkcə aylıq sosial sığorta ayırmaları hesabına deyil, hər il indeksləşdirilmə yolu ilə artması deməkdir:

"Məqsədimiz yalnız birədəfəlik artımlar deyil, davamlı və proqnozlaşdırılan sosial təminat siyasətidir".

Nazir müavini həmçinin bildirib ki, artımlar avtomatik qaydada olacaq:

"Pensiyaçının hər hansı sənəd hazırlamasına, hansısa quruma müraciət etməsinə ehtiyac yoxdur".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM