satellite   Azerspace-1: 11135 H 30000

Pensiya kapitallarının istehlak qiymətləri indeksi 5,6 faiz artırılıb

Pensiya kapitallarının istehlak qiymətləri indeksi 5,6 faiz artırılıb

Yeni Sərəncamla sığortaolunanların fərdi hesablarında 2026-cı il yanvarın 1-dək qeydə alınmış pensiya kapitallarının da istehlak qiymətləri indeksi ötənilki səviyyəyə uyğun olaraq 5,6 faiz artırılıb.

NTV xəbər verir ki, bunu Prezident İlham Əliyevin yeni Sərəncamı ilə pensiyaların indeksləşdirilərək artırılmasına dair fevralın 10-da keçirilən brifinqdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev deyib.

O bildirib ki, pensiya kapitallarının artırılması da e-sistem üzərindən avtomatik həyata keçirilir: "Pensiya kapitallarının hər il indeksləşdirilərək artırılması əmək müqaviləsi ilə çalışaraq sosial sığorta sistemində fəal iştirak edənlər üçün bir stimuldur. Onlar fərdi hesablarındakı pensiya kapitalının təkcə hər ay sosial sığorta ayırmaları ilə deyil, eyni zamanda, dövlət tərəfindən də hər ilin əvvəlində indeksləşdirilərək artırıldığının şahidi olurlar. Qeyri-formal məşğulluq sahəsində işləyən vətəndaşlar da öz əmək fəaliyyətlərini rəsmiləşdirsinlər və pensiya kapitallarına malik olsunlar ki, hər il dövlət tərəfindən həmin pensiya kapitallarının indeksləşdirilərək artırılması imkanından faydalansınlar və gələcəkdə pensiya təminatı hüququna sahib olsunlar".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM