satellite   Azerspace-1: 11135 H 30000

ETX kiberdələduzluq cəhdləri ilə bağlı xəbərdarlıq edib - FOTOLAR

ETX kiberdələduzluq cəhdləri ilə bağlı xəbərdarlıq edib<font color=red> - FOTOLAR</font> ETX kiberdələduzluq cəhdləri ilə bağlı xəbərdarlıq edib<font color=red> - FOTOLAR</font> ETX kiberdələduzluq cəhdləri ilə bağlı xəbərdarlıq edib<font color=red> - FOTOLAR</font>

Son dövrlər sosial şəbəkələrdə "cərimələrin ödənilməsi", "cəriməyə endirim", "borcun bağlanılması" və oxşar məzmunlarla reklam edilən bəzi internet səhifələrinin fişinq məqsədilə istifadəsi müşahidə olunur.

Bu barədə  NTV-yə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən (ETX) məlumat verilib.

Bildirilib ki, aparılan monitorinqlər zamanı ayrı-ayrı saxta internet resurslarının rəsmi dövlət platformalarını təqlid edərək istifadəçilərin bank kartı məlumatlarını və digər fərdi məlumatlarını ələ keçirməyə cəhd edildiyi müəyyənləşib.

ETX vətəndaşlara sosial şəbəkələrdə yayılan şübhəli reklamlara etibar etməməyi, naməlum keçidlər vasitəsilə ödəniş əməliyyatları aparmamağı, kart məlumatlarını, CVV/CVC və təsdiq kodlarını üçüncü şəxslərlə paylaşmamağı, ödənişləri yalnız rəsmi və dövlət informasiya sistemləri üzərindən həyata keçirməyi, daxil olduqları internet səhifələrinin domen ünvanlarını diqqətlə yoxlamağı tövsiyə edir.

Vətəndaşlara kiberdələduzluq halları ilə qarşılaşdıqda aidiyyəti qurumlara məlumat vermək məsləhət görülür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM