13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində ölkəmizi ziyarət edəcək qonaqlar üçün “Mədəniyyət bələdçisi” hazırlanıb.
Bu barədə NTV-yə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bələdçi qonaqları Bakının canlı və dinamik mədəni həyatı ilə yaxından tanış olmağa dəvət edir. “Mədəniyyət bələdçisi”nin əsas məqsədi forum iştirakçılarını Bakının zəngin mədəni məkanları, görməli yerləri və şəhərdə təşkil olunan tədbirlər barədə məlumatlandırmaqdır.
İstifadəçilər müvafiq linkə keçid edərək buradakı məlumatlarla Azərbaycan və ingilis dillərində tanış ola bilərlər.
