satellite   Azerspace-1: 11135 H 30000

Media: Litva ərazisində müttəfiqlərin nüvə silahı yerləşdirilə bilər

Media: Litva ərazisində müttəfiqlərin nüvə silahı yerləşdirilə bilər

Litva hakimiyyəti ölkə ərazisində müttəfiqlərin nüvə silahlarının yerləşdirilməsinə icazə verən mümkün konstitusiya dəyişikliyi ilə bağlı müzakirənin başlanmasını dəstəkləyib.

NTV xəbər verir ki, bu barədə LRT milli radio portalı məlumat yayıb. Litva Seyminin (parlament) sədri Yuozas Olekas bildirib ki, ölkə mövcud geosiyasi vəziyyət fonunda konstitusiya məhdudiyyətlərinə yenidən baxmalıdır. Konstitusiyanın 137-ci maddəsi hazırda Litva ərazisində kütləvi qırğın silahlarının və xarici hərbi bazaların yerləşdirilməsini qadağan edir.

Prezident Gitanas Nauseda müzakirənin başlanması ideyasını dəstəkləyib. Seymin Milli təhlükəsizlik və müdafiə komitəsinin sədri Rimantas Sinkyaviçyus da bu məsələ ilə bağlı partiyalararası müzakirənin başlanmasının tərəfdarı olduğunu deyib.

LRT qeyd edib ki, konstitusiyaya düzəlişlər etmək üçün Seym üzvlərindən azı 94-nün səsi tələb olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM