satellite   Azerspace-1: 11135 H 30000

Bu il 23 min 335 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Bu il 23 min 335 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Bu il 23 min 335 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

NTV xəbər verir ki, bu sözləri Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Azərbaycan Pavilyonunda keçirilən “Münaqişədən sonrakı şəhərlərdə yenidənqurma: Humanitar minatəmizləmə fəaliyyətinin kritik rolu” mövzulu tədbirdə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov deyib.

O bildirib ki, 2026-ci il tapılan piyada əleyhinə minaların sayı 1447, tank əleyhinə 542, partlamamış hərbi sursatın sayı isə 12 min 302 ədəd təşkil edir.

“Humanitar minatəmizləmə fəaliyyəti yalnız fiziki təhlükəsizliyin təmini deyil, həm də məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz qayıdışı, regionda sosial-iqtisadi reinteqrasiya, sülh və davamlı inkişafın bərqərar olunması üçün fundamental əhəmiyyət kəsb edir”, - deyə Samir Poladov vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM