satellite   Azerspace-1: 11135 H 30000

Müşavir: Azərbaycan 50-dən çox dövlət proqramı və strategiyasını DİM hədəfləri ilə uyğunlaşdırıb

Müşavir: Azərbaycan 50-dən çox dövlət proqramı və strategiyasını DİM hədəfləri ilə uyğunlaşdırıb

2030-cu ilə gedən yolun yarısına çatdığımız bu dövrdə xatırlayırıq ki, qlobal Dayanıqlı İnkişaf Məqsədləri (DİM) hədəflərinin 83 faizi hələ də yerinə yetirilməmiş qalır.

NTV xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov WUF13 çərçivəsində keçirilən “Strateji Ekoloji Qiymətləndirmə şəhər planlaşdırmasında iqlim hədəflərinə nail olmaq üçün vasitə kimi” tədbirində çıxışı zamanı deyib.

DİM-lərin şəhərsalma və siyasət formalaşdırılmasına inteqrasiyasının artıq seçim deyil, zərurət olduğunu diqqətə çatdıran H.Hüseynov fikirlərinə belə davam edib: "Azərbaycan dörd Könüllü Milli Hesabat təqdim edib, 50-dən çox dövlət proqramı və strategiyasını DİM hədəfləri ilə uyğunlaşdırıb, eyni zamanda, milli səviyyədə institusional koordinasiya mexanizmləri yaradıb. Bu gün Azərbaycan 193 BMT-yə üzv dövlət arasında dörd Könüllü Milli Hesabat təqdim edən ilk 10 ölkə sırasındadır və bu, qlobal dayanıqlı inkişaf gündəliyinə sadiqliyin və məsuliyyətin göstəricisidir".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM