satellite   Azerspace-1: 11135 H 30000

Mütəxəssis: “Malayziyanın on ikinci inkişaf planı”nda bütün əsas mövzular yer alır

Mütəxəssis: “Malayziyanın on ikinci inkişaf planı”nda bütün əsas mövzular yer alır

Biz bütün nazirliklərin planlarını bir araya gətirərək vahid sənədə çeviririk. Buna “Malayziyanın on ikinci inkişaf planı” deyirik. Hazırda biz On İkinci Malayziya Planı üzərində işləyirik. Burada bütün əsas mövzular yer alır.

NTV xəbər verir ki, bunu malayziyalı şəhərsalma mütəxəssisi və UN-Habitat-ın keçmiş icraçı direktoru Maimuna Mohd Şərif BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (WUF13) çərçivəsində keçirilən “Şəhərsalmada iqlim hədəflərinə nail olmaq üçün strateji ətraf mühitin qiymətləndirilməsi vasitə kimi” adlı tədbirdə çıxış edərkən deyib.

O bildirib ki, müxtəlif nazirliklərin planları birləşdirilir və həmin plana daxil edilir: “Bu məkan planında limanın harada yerləşəcəyi, yeni hava limanının harada tikiləcəyi, hansı torpaqların meşə qoruğu kimi qorunacağı, yaşayış zonalarının harada olacağı, yeni sənaye bölgələrinin, məlumat mərkəzlərinin və digər obyektlərin yerləşməsi müəyyən edilir. Bu plan daha yüksək səviyyədə ölkə səviyyəsində hazırlanır. Daha sonra isə Malayziyada mövcud olan 13 ştata uyğunlaşdırılır. Bizdə 13 ştat var. Milli fiziki plan çərçivəsində hazırlanmış siyasətlər, hədəflər və strategiyalar daha sonra ştat səviyyəsinə endirilir. Bütün bunlar bir-biri ilə tam uyğun şəkildə əlaqələndirilir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM