satellite   Azerspace-1: 11135 H 30000

Hüseyn Hüseynov: Dayanıqlı inkişaf iqtisadi dayanıqlılığa, sosial inklüzivliyə və ekoloji davamlılığa bərabər diqqət yetirməlidir

Hüseyn Hüseynov: Dayanıqlı inkişaf iqtisadi dayanıqlılığa, sosial inklüzivliyə və ekoloji davamlılığa bərabər diqqət yetirməlidir

İqlim dəyişikliyi və ətraf mühitin deqradasiyası artıq uzaq risklər deyil. Bunlar dünya üzrə iqtisadi artıma, sosial rifaha, infrastruktura, məhsuldarlığa, ictimai sağlamlığa və uzunmüddətli inkişaf nailiyyətlərinə getdikcə daha çox təsir edən struktur reallıqlardır.

NTV xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Strateji Ekoloji Qiymətləndirmə şəhər planlaşdırmasında iqlim hədəflərinə nail olmaq üçün vasitə kimi” tədbirində çıxışı zamanı deyib.

“Rəqəmlər bunu açıq şəkildə göstərir. Bu gün dünya əhalisinin 58 faizi şəhər ərazilərində yaşayır və bu göstəricinin 2050-ci ilə qədər təxminən 70 faizə çatacağı proqnozlaşdırılır. Şəhərlər qlobal istixana qazı emissiyalarının təxminən 70 faizini və qlobal enerji istehlakının 75 faizini təşkil edir. 1970–2021-ci illər arasında ekstremal hava və iqlim hadisələrinin səbəb olduğu iqtisadi itkilər 4,3 trilyon ABŞ dollarına çatın və bu rəqəm artmaqda davam edir. Şəhərlər və infrastruktur üzərində təzyiq daha da güclənəcək. Buna görə də dayanıqlı inkişaf hər üç sütuna — iqtisadi dayanıqlılığa, sosial inklüzivliyə və ekoloji davamlılığa bərabər diqqət yetirməlidir. Bu istiqamətlər bir-birini tamamlayır və şəhərlər iqlim dayanıqlılığı və dayanıqlı transformasiyanın əsas aktorlarına çevrilir", - deyə Hüseyn Hüseynov vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM