satellite   Azerspace-1: 11135 H 30000

Olman Vargas: İqlim dəyişikliklərinə qarşı əməkdaşlıq gücləndirilməlidir

Olman Vargas: İqlim dəyişikliklərinə qarşı əməkdaşlıq gücləndirilməlidir

İqlim dəyişikliklərinin təsirlərinə qarşı mübarizədə beynəlxalq əməkdaşlıq və texnologiya transferi mühüm əhəmiyyət daşıyır.

NTV xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Yerli xalqların hüquqları üzrə dəyirmi masa”da Kosta-Rika Mühəndislər Kollecinin nümayəndəsi Olman Vargas deyib.

O vurğulayıb ki, müxtəlif ölkələr arasında təcrübə mübadiləsi, strateji tərəfdaşlıq və məlumat paylaşımı iqlim dəyişikliklərinin təsirlərinə qarşı dayanıqlılığın artırılması baxımından xüsusi rol oynayır.

"Hazırda üzərində işlənilən normativ sənədin 2027-ci ilin sonunadək tamamlanması nəzərdə tutulur. Əldə olunan təcrübə müxtəlif ölkələrdə yerli şərait nəzərə alınmaqla tətbiq edilə bilər", - deyə o əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM