satellite   Azerspace-1: 11135 H 30000

Panamalı nazir: Latın Amerikasında qeyri-rəsmi yaşayış məntəqələrinin inkişafı üzrə yanaşmalar illər ərzində dəyişib

Panamalı nazir: Latın Amerikasında qeyri-rəsmi yaşayış məntəqələrinin inkişafı üzrə yanaşmalar illər ərzində dəyişib

Latın Amerikasında qeyri-rəsmi yaşayış məntəqələrinin inkişafı üzrə yanaşmalar illər ərzində dəyişib.

NTV xəbər verir ki, bunu Panamanın mənzil və ərazi planlaşdırılması naziri Xayme Antonio Xovane Kastilyo WUF13 çərçivəsində keçirilən “Mənzil və təhsil: memarlıq kurikulumlarında yaşayış mühitinin rolu” sessiyasında deyib.

O qeyd edib ki, əvvəllər bu ərazilər daha çox təhlükəsizlik problemi kimi qiymətləndirilsə də, sonradan sosial inklüzivlik və şəhər inkişafı siyasətlərinin bir hissəsinə çevrilib.

Panamalı nazirin sözlərinə görə, bir sıra ölkələrdə infrastrukturun yenilənməsi ilə yanaşı, məşğulluq, sosial rifah və icma dəstəyi istiqamətində proqramlar həyata keçirilir.

Xayme Antonio Xovane Kastilyo vurğulayıb ki, müasir yanaşmalar artıq yalnız şəhərləşməyə deyil, insanların həyat keyfiyyətinin və sosial inteqrasiyasının gücləndirilməsinə yönəlib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM