satellite   Azerspace-1: 11135 H 30000

Rəşad İsmayılov: Strateji Ekoloji Qiymətləndirmənin tətbiqinə maraq artmaqdadır

Rəşad İsmayılov: Strateji Ekoloji Qiymətləndirmənin tətbiqinə maraq artmaqdadır

Böyük Qayıdış proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzur bölgələrində ekosistemlərin bərpası, münaqişə dövründə zərər görmüş ərazilərin və şəhərlərin yenidən canlandırılması fəaliyyətlərində Strateji Ekoloji Qiymətləndirmənin şəhər planlaşdırılmasına tətbiqi ətraf mühit, sosial və iqtisadi amillərin nəzərə alınmasında vacib rol oynayıb.

NTV xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Strateji Ekoloji Qiymətləndirmə şəhər planlaşdırmasında iqlim hədəflərinə nail olmaq üçün vasitə kimi” tədbirində çıxışı zamanı deyib.

"Bu gün dünyada, o cümlədən Şərqi Avropa və Cənubi Qafqaz regionunda Strateji Ekoloji Qiymətləndirmənin tətbiqinə maraq artmaqdadır. Azərbaycanda bu istiqamətdə, xüsusilə şəhərsalma sahəsində geniş təcrübə formalaşıb. BMT-nin Avropa üzrə İqtisadi Komissiyası bu alətin qlobal təşviqində mühüm rol oynayır və bu istiqamətdə ölkəmizlə birgə uğurlu fəaliyyəti mövcuddur", - deyə nazir bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM