satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan gender bərabərliyinin təmin olunmasını dövlət siyasətinin mühüm prioritetlərindən biri kimi müəyyən edib

Azərbaycan gender bərabərliyinin təmin olunmasını dövlət siyasətinin mühüm prioritetlərindən biri kimi müəyyən edib

Azərbaycan gender bərabərliyinin təmin olunmasını dövlət siyasətinin mühüm prioritetlərindən biri kimi müəyyən edib.

NTV xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Gender bərabərliyi və qadınların gücləndirilməsi üçün adekvat mənzil” mövzusunda qadınların dəyirmi masasında səsləndirib.

O bildirib ki, bu istiqamətdə əsas hüquqi baza olan “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanunu artıq 20 ildir ki, qadın və kişilər üçün hüquq və imkan bərabərliyinin təmin edilməsini dövlətin əsas vəzifələrindən biri kimi təsbit edir.

“Qanun gender əsaslı ayrı-seçkiliyin qarşısının alınması və dövlət siyasətində gender yanaşmasının tətbiqi üçün mühüm institusional çərçivə yaradır. Düşünürəm Azərbaycanın bu sahədəki unikal təcrübəsi də digər ölkələr və beynəlxalq təşkilatlar üçün maraqlı və tətbiq baxımından faydalı ola bilər”, - deyə Bahar Muradova bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM