satellite   Azerspace-1: 11135 H 30000

Cheri Reddin: Kanadada yerli xalqların mənzil maliyyələşməsinə çıxışında maneələr mövcuddur

Cheri Reddin: Kanadada yerli xalqların mənzil maliyyələşməsinə çıxışında maneələr mövcuddur

Kanadada yerli xalqların mənzil maliyyələşməsinə və alternativ kapitala çıxışında maneələr mövcuddur.

NTV xəbər verir ki, bu fikirləri Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Yerli xalqların hüquqları üzrə dəyirmi masa”da Kanada hökumətində müxtəlif qurumlarda fəaliyyət göstərmiş Cheri Reddin səsləndirib.

O bildirib ki, Kanada kontekstində “yerli xalqlar” anlayışı Birinci Millətlər, İnuitlər və Metislər olmaqla üç fərqli qrupu əhatə edir.

Bu xalqlar arasında, eləcə də onların öz daxilində mədəniyyət, ənənə və qarşılaşdıqları problemlər baxımından ciddi fərqlər mövcuddur.

"Son on ildə Kanada hökuməti yerli xalqlarla münasibətlərin inkişafını prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib. Hökumət yerli xalqlarla “millətdən-millətə” münasibətlər qurmağa, barışıq ruhunda irəliləməyə və müstəmləkəçilik siyasətinin yaratdığı tarixi ədalətsizlikləri aradan qaldırmağa çalışır".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM