Qvatemala çox kiçik ölkədir, amma müxtəlif fərqliliklərə sahibdir. Ölkə daxili müharibə yaşayıb, həmçinin hələ tamamlanmamış bir sülh prosesi keçirməkdədir. Biz müstəmləkəçiliyi, həmçinin ölkə daxilində daxili müstəmləkəçiliyi yaşamışıq.
NTV xəbər verir ki, bunu Qvatemaladan olan hüquq müdafiəçisi Eva Tecun Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən “Yerli xalqların hüquqları üzrə dəyirmi masa”nın panel sessiyasında çıxış edərkən deyib.
O bildirib ki, yerli qadınların vəziyyəti və şəraiti isə müstəmləkəçilik, irqçilik və patriarxiya çərçivəsində formalaşıb və davam edib. Bildirib ki, ölkəsindəki bərabərsizliklər səbəbindən yerli xalqların əraziləri bir çox hallarda dövlət tərəfindən tanınmır, hətta torpaqları idarəetmə üsulları və özünü təşkiletmə formalarına hörmət edilmir.
