satellite   Azerspace-1: 11135 H 30000

Vüqar Süleymanov: Minatəmizləmə fəaliyyəti Böyük Qayıdış Proqramına uyğun icra olunur

Vüqar Süleymanov: Minatəmizləmə fəaliyyəti Böyük Qayıdış Proqramına uyğun icra olunur

Bu gün WUF13 çərçivəsində postmünaqişə dövründə şəhərsalma fəaliyyətində minatəmizləmənin rolu müzakirə edilib. Düşünürəm ki, çox maraqlı diskussiyalar oldu.

NTV xəbər verir ki, bu sözləri Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) jurnalistlərə açıqlaması zamanı ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

O qeyd edib ki, Azərbaycanda Böyük Qayıdış Proqramına uyğun fəaliyyət icra olunur və bütün işlər minatəmizləmədən sonra görülür.

“Hazırda işğaldan azad olunmuş ərazilərdə kəndlərimiz, şəhərlərimiz bərpa olunur, məcburi köçkünlərimiz doğma yurd-yuvalarına qayıdırlar.

2020-ci ilin noyabr ayından bu günədək 270 min hektardan çox ərazi təmizlənib, 250 mindən çox mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM