satellite   Azerspace-1: 11135 H 30000

Lordlar Palatasının üzvü: Məişət zorakılığı ilə mübarizə sahəsində sistemli yanaşma vacibdir

Lordlar Palatasının üzvü: Məişət zorakılığı ilə mübarizə sahəsində sistemli yanaşma vacibdir

Qadınların genderəsaslı zorakılıqdan qorunması üçün adekvat mənzilə çıxış mühüm əhəmiyyət daşıyır.

NTV xəbər verir ki, bunu Böyük Britaniya Lordlar Palatasının üzvü, Millətlər Birliyinin 6-cı Baş katibi Patrisiya Skotland Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Gender bərabərliyi və qadınların gücləndirilməsi üçün adekvat mənzil” mövzusunda dəyirmi masada bildirib.

O deyib ki, məişət zorakılığı ilə mübarizə sahəsində sistemli və inteqrasiya olunmuş yanaşma vacibdir. Patrisiya Skotland qeyd edib ki, Böyük Britaniyada çalışdığı dövrdə çoxsektorlu qiymətləndirmə sistemi yaradılıb.

“Biz artıq işləyən mexanizmləri yenidən kəşf etməməliyik. Hansı sistemlərin nəticə verdiyini bilirik və onları paylaşaraq tətbiq etməliyik”, - deyə Patrisiya Skotland bildirib.

O vurğulayıb ki, uşaqların məişət zorakılığı olan ailələrdə böyüməsi onların sağlamlığına, təhsilinə və psixi vəziyyətinə ciddi təsir göstərir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM