satellite   Azerspace-1: 11135 H 30000

Lena Vayler: “Ağıllı şəhər”lərdə texniki imkanlardan daha vacib məqam etimaddır

Lena Vayler: “Ağıllı şəhər”lərdə texniki imkanlardan daha vacib məqam etimaddır

“Ağıllı şəhər” və rəqəmsal keçid layihələrində uzunmüddətli maliyyə dayanıqlılığı və texnoloji infrastruktur qədər, toplanan məlumatlara vətəndaşların güvənməsi də önəmlidir.

NTV xəbər verir ki, bu sözləri GIZ təşkilatının Proqram meneceri Lena Vayler Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Təcrübədə sadə keçidlər: Qeyri-rəsmi və böhran üçün rəqəmsal alətlərin birgə yaradılması” adlı tədbirdə deyib.

“Çoxsəviyyəli idarəetmə, texniki imkanlar, uzunmüddətli maliyyə dayanıqlılığı və gələcək inkişaf xərcləri kimi məsələlər əlbəttə ki, vacibdir. Amma burada, xüsusilə vurğulamaq istədiyim ən fundamental məqam etimaddır. Əgər rəqəmsal alətlərdə olan data etibarlı deyilsə, idarəetmədə uğur qazanmaq və qərarlar qəbul etmək qeyri-mümkündür”, - deyə almaniyalı mütəxəssis vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM