satellite   Azerspace-1: 11135 H 30000

Ramil Cahangirov: Azad edilmiş ərazilərdə şəhərsalma prosesində təhlükəsizlik bir nömrəli məsələdir

Ramil Cahangirov: Azad edilmiş ərazilərdə şəhərsalma prosesində təhlükəsizlik bir nömrəli məsələdir

İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma norma və standartlara uyğun aparılır. Lakin bu prosesdə təhlükəsizlik bir nömrəli məsələdir.

NTV xəbər verir ki, bu sözləri Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan Pavilyonunda keçirilən “Münaqişədənsonrakı şəhərlərdə yenidənqurma: Humanitar minatəmizləmə fəaliyyətinin kritik rolu” mövzusundakı tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Azad edilmiş ərazilərdə layihə idarəetməsi üzrə şöbə müdiri Ramil Cahangirov deyib.

O, atılan bütün addımların asayişin və ərazilərin təhlükəsizliyinin təmin olunmasına yönəldiyini, həmçinin bərpa-quruculuq işlərinə təhlükəsizlik tam təmin edildikdən sonra başlanıldığını qeyd edib. “Bu, asan iş deyil. WUF13 çərçivəsində keçirilən müxtəlif panel və sessiyalarda şəhərsalma və minatəmizləmə fəaliyyəti arasında koordinasiyanın olduqca vacib olduğu müzakirə edilib. Əlbəttə ki, bütün proses zamanı ərazinin vəziyyəti ilə bağlı öncədən məsləhətləşmələr aparırıq”, - deyə Ramil Cahangirov bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM