satellite   Azerspace-1: 11135 H 30000

Namibiya 2027-ci ilə qədər “ağıllı şəhər” modelinə keçəcək

Namibiya 2027-ci ilə qədər “ağıllı şəhər” modelinə keçəcək

Namibiyada yerli idarəetmə orqanları tərəfindən rəqəmsal keçidlə bağlı mühüm qərarlar qəbul edilib və 2027-ci ilə qədər “ağıllı şəhər” modelinə keçidin təmin edilməsi hədəflənib.

NTV xəbər verir ki, bu sözləri Vindhuk şəhərinin meri Sakarias Uunona Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Təcrübədə sadə keçidlər: Qeyri-rəsmi və böhran üçün rəqəmsal alətlərin birgə yaradılması” adlı tədbirdə deyib.

O bildirib ki, bu strateji plan qlobal qurumların dəstəyi ilə icra olunur: “Bu plan BMT-Habitat və bir sıra tərəfdaş şəhərlərlə əməkdaşlıq çərçivəsində hazırlanıb. Hazırda yerli idarəetmə şura üzvləri tərəfindən həyata keçirilir. İcra prosesində əsas çağırış bacarıq və səriştə məsələsidir. Bu boşluğu aradan qaldırmaq üçün yerli kadrların gücləndirilməsi və beynəlxalq mütəxəssislərin cəlb olunması nəzərdə tutulur”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM