satellite   Azerspace-1: 11135 H 30000

WUF13: Mənzil problemi beynəlxalq ictimaiyyət üçün ciddi çağırışdır

WUF13: Mənzil problemi beynəlxalq ictimaiyyət üçün ciddi çağırışdır

Hazırda dünya qlobal böhran dövrünü yaşayır. İqlim dəyişiklikləri, enerji çatışmazlığı, demoqrafik dəyişikliklər və artan bərabərsizlik bir-biri ilə əlaqəli, uzunmüddətli problemlərə çevrilib. Bu çoxşaxəli böhran özünü ən aydın şəkildə qlobal mənzil problemində göstərir və artıq dünyanın böyük hissəsi üçün gündəlik reallığa çevrilib.

NTV xəbər verir ki, bu fikirləri Tonci Universitetinin vitse-prezidenti Li Syanin BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Gələcək üçün binalar - rəqəmsal innovasiya vasitəsilə iqlim-mənzil əlaqəsinin inkişafı” adlı tədbirdə səsləndirib.

O bildirib ki, mövcud vəziyyətlə bağlı rəqəmlər olduqca narahatedicidir. “Hazırda təxminən 2,8 milyard insan mənzil çatışmazlığından əziyyət çəkir, bir milyarddan çox insan isə qeyri-formal yaşayış məntəqələrində yaşayır. Bu vəziyyət beynəlxalq ictimaiyyət qarşısında ciddi məsuliyyət yaradır”, - deyə Li Syanin qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM