satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda qeyri-iş günlərində də ədliyyə xidmətləri göstəriləcək

Naxçıvanda qeyri-iş günlərində də ədliyyə xidmətləri göstəriləcək

NTV xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş qrafikə uyğun olaraq, vətəndaşlara qeyri-iş günlərində də ədliyyə xidmətləri göstəriləcək.

Belə ki, Naxçıvan “ASAN xidmət” mərkəzində yerləşən Qeydiyyat Şöbəsi və Notariat ofisi mayın 30-31-də saat 09:00-dan 16:00-dək fəaliyyət göstərəcək.

Muxtar respublikanın digər notariat ofisləri isə aşağıdakı növbəli iş qrafikinə uyğun xidmət göstərəcəklər:

Babək rayon Notariat Ofisi – mayın 29-da saat 10:00-dan 13:00-dək;

Şərur rayon 2 saylı Notariat Ofisi – mayın 29-30-da saat 10:00-dan 13:00-dək;

Culfa rayon Notariat Ofisi – mayın 27-də saat 10:00-dan 13:00-dək;

Şahbuz rayon Notariat Ofisi – mayın 29-da saat 10:00-dan 13:00-dək;

Kəngərli rayon Notariat Ofisi – mayın 29-da saat 10:00-dan 13:00-dək fəaliyyət göstərəcək.

Vətəndaşlar qeyd olunan tarixlərdə müvafiq notariat ofislərinə müraciət edə bilərlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM