satellite   Azerspace-1: 11135 H 30000

Xocavəndin Güneyxırman və Quzeyxırman kəndlərinə ilk köç gerçəkləşib, 39 ailə yurduna qovuşub - FOTOLAR

Xocavəndin Güneyxırman və Quzeyxırman kəndlərinə ilk köç gerçəkləşib, 39 ailə yurduna qovuşub<font color=red> - FOTOLAR</font>

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Xocavənd rayonunun Güneyxırman və Quzeyxırman kəndlərinə ilk köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr yurdlarına qovuşublar.

NTV xəbər verir ki, bu gün Xocavəndin Quzeyxırman kəndi 21 ailəyə (87 nəfər), Güneyxırman kəndi isə 18 ailəyə (72 nəfər) qucaq açıb.

Köçürülən sakinlərin məskunlaşması üçün kəndlərdə lazımi şərait yaradılıb. Yollar abadlaşdırılıb, evlər və infrastruktur bərpa edilib.

Keçmiş məcburi köçkünlər onlar üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, torpaqlarımızı işğaldan azad edən şəhidlərimizə rəhmət diləyib, qazilərimizə cansağlığı arzulayıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM