Növbəti köç karvanı Şuşaya çatıb, mənzillərin açarları sakinlərə təqdim edilib.
NTV xəbər verir ki, açarların verilmə mərasimində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyindən, eyni zamanda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
14:11
Şuşa rayonunun Kiçik Qaladərəsi kəndinə yola salınan köç karvanı kəndə çatıb.
NTV xəbər verir ki, kəndə çatan sakinlərin qarşılanma mərasimi keçirilib.
Qeyd edək ki, bu mərhələdə kəndə 15 ailə (51 nəfər) köçürülüb.
