satellite   Azerspace-1: 11135 H 30000

Özbəkistan XİN Azərbaycan səfirinin ikitərəfli əlaqələrin inkişafına töhfəsini yüksək qiymətləndirib

Özbəkistan XİN Azərbaycan səfirinin ikitərəfli əlaqələrin inkişafına töhfəsini yüksək qiymətləndirib

Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov diplomatik missiyasının başa çatması münasibətilə Azərbaycan Respublikasının Özbəkistandakı səfiri Hüseyn Quliyevlə görüşüb.

NTV rəsmi UZA agentliyinə istinadla xəbər verir ki, görüş zamanı xarici işlər naziri diplomata Özbəkistan ilə Azərbaycan arasında strateji tərəfdaşlıq və müttəfiqliyin möhkəmləndirilməsinə verdiyi mühüm töhfəyə görə səmimi təşəkkürünü bildirib.

Qeyd edilib ki, səfir Özbəkistanda 14 illik fəaliyyəti ərzində Azərbaycanın layiqli nümayəndəsi və diplomatik korpusun dekanı kimi dərin hörmət qazanıb. Onun Özbəkistan-Azərbaycan əməkdaşlığının inkişafında, həmçinin iki xalq arasında ənənəvi dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində roluna xüsusi diqqət yetirilib. Uzun illər səmərəli fəaliyyətinə görə Hüseyn Quliyev Özbəkistanın yüksək dövlət mükafatları ilə təltif edilib.

Özbəkistan XİN-in rəhbəri fədakar işinə görə səfirə təşəkkür edib, ona möhkəm cansağlığı, uğurlar arzulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM