satellite   Azerspace-1: 11135 H 30000

I Beynəlxalq İslam Sivilizasiyası Forumunda “Qardaşlıq və Müttəfiqliyin Zirvəsi” kitab-albomu təqdim olunub - FOTOLAR

I Beynəlxalq İslam Sivilizasiyası Forumunda “Qardaşlıq və Müttəfiqliyin Zirvəsi” kitab-albomu təqdim olunub<font color=red> - FOTOLAR</font> I Beynəlxalq İslam Sivilizasiyası Forumunda “Qardaşlıq və Müttəfiqliyin Zirvəsi” kitab-albomu təqdim olunub<font color=red> - FOTOLAR</font>

Daşkənddə keçirilən I Beynəlxalq İslam Sivilizasiyası Forumunun ikinci günü çərçivəsində yeni nəşrlərin təqdimatına həsr olunmuş paneldə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadənin müəllifi olduğu Azərbaycan və özbək dillərində nəşr edilmiş “Qardaşlıq və Müttəfiqliyin Zirvəsi” kitab-albomu təqdim edilib.

QMİ-nin Mətbuat xidmətindən NTV-yə bildirilib ki, Özbəkistan İslam Sivilizasiyası Mərkəzində keçirilən tədbirdə Salim Əl-Malik, Mahmut Erol Kılıç və digər rəsmi şəxslər iştirak ediblər.

Təqdimat mərasimində çıxış edən Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, kitab iki qardaş xalqın ortaq tarixi, mənəvi dəyərləri və müttəfiqlik münasibətlərini əks etdirən nəşrdir.

Qeyd edək ki, 216 səhifədən ibarət kitab-albomda Azərbaycan Prezidenti İlham Əliyev ilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin inkişafı, iki ölkə arasında mənəvi əlaqələr, həmçinin Şeyxülislam Allahşükür Paşazadənin müxtəlif illərdə Azərbaycanda və Özbəkistanda keçirilən tədbirlərdəki çıxışları, məruzələri, məktubları və fotoşəkillər yer alıb.

Xatırladaq ki, kitab-albomun Özbəkistan ictimaiyyəti üçün təqdimatı iyulun 7-də Daşkənddə keçirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM