satellite   Azerspace-1: 11135 H 30000

Ülvi Mehdiyev: "ASAN xidmət"də 9 milyon 200 min vətəndaşa 100 milyon xidmət göstərilib

Ülvi Mehdiyev: "ASAN xidmət"də 9 milyon 200 min vətəndaşa 100 milyon xidmət göstərilib

2012-ci il iyulun 13-də Prezident İlham Əliyev "ASAN xidmət"in yaradılması haqqında Fərman verdi. "ASAN xidmət" 14 ilə yaxındır fəaliyyətdədir. Bu illər ərzində 9 milyon 200 min vətəndaşa 100 milyon xidmət göstərilib.

NTV xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

Dövlət Agentliyinin sədrinin sözlərinə görə, xidmətlər və xidmət göstərilən vətəndaşların sayı hər ötən il daha da artır: "Ölkə əhalisinin sayı 10 milyondan bir qədər yuxarıdır, lakin 9 milyon 200 min vətəndaşa xidmət göstərilib. Demək olar ki, hər bir vətəndaş "ASAN xidmət"də 9-10 dəfə xidmətdən yararlanıb. Ən əsası dövətimizin başçısının "ASAN xidmət" qarşısında qoyduğu vəzifə vətəndaş məmnunluğunu təmin etməkdir. Hazırda vətəndaş məmnuniyyəti 99,9 faiz təşkil edir. Bütün bunlar Prezident İlham Əliyevin siyasi iradəsi ilə həyata keçirilən islahatların nəticəsidir. "ASAN xidmət"də vətəndaş məmnunluğuna xidmətlərin şəffaflıq, sıfır bürokratiya, operativlik prinsipləri əsasında göstərilməsi və hər kəs üçün əlçatanlığının təşkili ilə nail olunur. 100 milyonuncu xidmət göstərdiyimiz vətəndaş 10 günlük İnci xanımdır. Arzu edirik ki, o da gələcəkdə ailəsinə, xalqına və dövlətinə faydalı bir şəxsiyyət olsun".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM