satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda avtobus yanıb

Naxçıvanda avtobus yanıb

Naxçıvan şəhərində avtobusun yanması ilə nəticələnən hadisə baş verib.

NTV xəbər verir ki, hadisə köhnə avtobuslar üçün nəzərdə tutulmuş dayanacaq ərazisində qeydə alınıb.

İlkin məlumata görə, yanğın istismardan çıxarılan avtobusda başlayıb və alov yaxınlıqda dayanmış digər avtobusa da keçib.

Yanğın nəticəsində xəsarət alan olmasa da, avtobuslardan biri tamamilə yanaraq yararsız vəziyyətə düşüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri və polis əməkdaşları cəlb olunub. Görülən operativ tədbirlər nəticəsində yanğın qısa müddətdə lokallaşdırılaraq söndürülüb.

Faktla bağlı araşdırma aparılır, yanğının başvermə səbəbləri müəyyənləşdirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Naxçıvanda avtobus yanıb

15:16 10.07.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM