Naxçıvan Ali Məclisinin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb.
NTV xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci çağırış növbədənkənar sessiyasının iyulun 14-də keçiriləcək növbəti iclasının gündəliyi açıqlanıb.
Gündəliyə "Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcəsinin icrası haqqında", "Normativ hüquqi aktlar haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" və "Naxçıvan Muxtar Respublikasının fəxri adları haqqında" qanun layihələrinin üçüncü oxunuşda müzakirəsi daxil edilib.
