satellite   Azerspace-1: 11135 H 30000

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb - FOTOLAR

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb<font color=red> - FOTOLAR</font> Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb<font color=red> - FOTOLAR</font>

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı keçirilmiş mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” və “Göytəpə” sərhəd dəstələrinin xidməti ərazisində ümumi çəkisi 84 kiloqram 300 qram olan narkotik vasitənin və 3000 psixotrop tərkibli metadon M-40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən NTV-yə verilən məlumata görə, sentyabr ayının 10-da saat 01:35-də “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ölkə ərazisinə paraplan vasitəsilə keçirilən 54 kiloqram 400 qram narkotik vasitə, saat 03:39-da isə “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində 29 kiloqram 900 qram narkotik vasitə və 3000 psixotrop tərkibli metadon M-40 həbi aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

10:35 10.09.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM