satellite   Azerspace-1: 11135 H 30000

Kolleclərdə boş qalan yerlər üzrə ixtisas seçimi bu gün başa çatır

Kolleclərdə boş qalan yerlər üzrə ixtisas seçimi bu gün başa çatır

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclər) boş qalan yerləri üzrə ixtisas seçimi bu gün saat 23:59-da başa çatacaq.

Dövlət İmtahan Mərkəzindən (DİM) NTV-yə bildirilib ki, ixtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin dövlət hesabına və ödənişli əsaslarla olan 12-yə qədər ixtisas kodunu seçib müvafiq internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”ni doldurmalı və təsdiqləməlidirlər.

Müsabiqədə yalnız ərizəsini təsdiq etmiş abituriyentlər iştirak edə bilərlər.

Boş qalan yerlərin siyahısı “Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim olunub. Jurnalı DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, akademik Həsən Əliyev küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq,  ”www.abiturient.az” saytında və “Wolt” tətbiqində sifariş etmək mümkündür. Jurnalın elektron versiyasını (PDF formatda) ”www.abiturient.az” saytında ödəniş əsasında əldə etmək olar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

10:35 10.09.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM